AZ

İtkin düşən şəhidlərimiz dəfn olunur - FOTOlar

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhidlər Cəlal Xankişi oğlu Abdullayev və Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, onların ailə üzvlərinə məxsus evlərdə keçirilən mərasimlərdə şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlal Xankişi oğlu Abdullayevin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, C.Abdullayev 1971-ci il avqustun 24-ü Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

Ayaz Əsgəralı oğlu Zərbəliyevin nəşinin qalıqları isə Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-u anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
45
7
milli.az

10Mənbələr