AZ

İtkin şəhidlərimiz dəfn edilir – FOTOLAR

Quba rayonunun Nütəh kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyevlə vida mərasimi keçirilib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Nütəh kənd qəbiristanlığında dəfn olunacaq.

s0

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayevlə vida mərasimi keçirilib. 

KONKRET.az “Report”a istinadən bildirir ki, mərhumun ailə üzvlərinə məxsus evdə keçirilən mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

v

v

v

***

Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

vida

Seçilən
32
7
konkret.az

10Mənbələr