AZ

Matiya Popoviç “Qarabağ”ın rəqibi ilə vidalaşdı, ÇSKA-ya keçdi

İtaliyanın “Napoli” klubunun serbiyalı yarımmüdafiəçisi Matiya Popoviç bundan sonra ÇSKA-nın (Moskva) uğurları üçün çalışacaq.

Arena.az bu barədə Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir.

19 yaşlı futbolçu “Napoli”ni azad agent kimi tərk edib. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Popoviç ÇSKA-da 20 nömrəli forma altında çıxış edəcək.

Xatırladaq ki, Matiya Popoviç Serbiyanın “Voyvodina”, “Teleoptik” və “Partizan” klublarının yetirməsidir. O, 18 yaşında “Napoli”yə keçib. Ötən mövsüm o, İtaliya klubunun gənclər komandasında 26 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

Popoviç Serbiyanın U-17 və U-19 yığmalarında da forma geyinib.

Serbiyalı hücumameyilli yarımmüdafiəçinin Almaniya vətəndaşlığı da var.

error: Məzmun qorunur!
Seçilən
26
11
arena.az

10Mənbələr