AZ

Boksçumuz dünya çempionatında yarımfinala çıxıb

Boksçumuz

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.90 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də baş tutacaq.Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final döyüşünə çıxacaq.Ulusum.az

Diqqət Çəkənlər

“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası

Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO

Qışa tərəvəzli ragu hazırlayırıq

Seçilən
37
7
ulusum.az

10Mənbələr