AZ

Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Trend xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75 kiloqram) 1/4 final döyüşünə çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
13
olaylar.az

10Mənbələr