AZ

“Beşiktaş”dan yeni transfer

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Gundem.az xəbər verir ki, İstanbul nəhəngi “Kayserispor”dan Gökhan Sazdağını transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağı 2021-ci ilin yayından “Kayserispor”da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində Super Liqada 3 matçın hər birində 90 dəqiqə meydanda olub.

Seçilən
22
5
gundem.az

7Mənbələr