AZ

“Beşiktaş”dan növbəti TRANSFER

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Kayserispor"dan Gökhan Sazdağını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağı 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində Super Liqada 3 matçın hər birində 90 dəqiqə meydanda olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
30
5
bizim.media

7Mənbələr