AZ

Naftalanda elektrik cərəyanı vuran adam ÖLDÜ

Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

Seçilən
9
11
redaktor.az

10Mənbələr