Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib.
Medicina.az xəbər verir ki, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.