AZ

Naftalanda sanatoriyada 36 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

Seçilən
9
11
operativmm.az

10Mənbələr