19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) sentyabrın 14-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, millimiz Bakıdakı hazırlıq prosesinin ardından Moldovanın paytaxtı Kişinyovda da təlim-məşq toplanışı keçəcək. U-19 yığmamızın Kişinyov toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Həmin oyunların təqvimi belədir:
16 sentyabr
17:00. Moldova – Azərbaycan
Kişinyov. CPSM stadionu.
18 sentyabr
17:00. Moldova – Azərbaycan
Kişinyov. CPSM stadionu.
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Milliyə dəvət olunmuş futbolçuların siyahısı da məlumdur:
- Nərgiz Ağaliyeva – Şəfa
- Firuzə Bayramova – Dirçəliş
- Vahidə Əlipaşayeva – Vera (Gürcüstan)
- Mədinə Curuqova – Neftçi
- Arzu Cəfərova – Şəfa
- Mədinə Qədiməliyeva – Sumqayıt
- Səma Əsədova – Sabah
- Yelizaveta Vaysman – Şəfa
- Ülviyyə İslamova – Baku Juniors
- Pərişan Abdullayeva – Liman
- Xanım Əsədova – Neftçi
- Aygün Novruzova – Sabah
- Aysu Əsədova – Sabah
- Ayan Abdiyeva – Liman
- Aysel Cumayeva – Liman
- Məsumə Nəzərli – Neftçi
- Ayşən Salamzadə – Neftçi
- Arzu Ağaliyeva – Şəfa
- Şahnazə Rüstəmli – Təhsil
- Fidan Əsədzadə – Təhsil
- Gülnaz Şabanova – Şəfa
- Günay Sultanlı – Sabah
- Natella Məmmədova – Şəfa