AZ

“Qarabağ”ın rəqibi olan “Çelsi”nin zədəlilərindən xəbər var

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Çelsi”nin futbolçusu Dario Essuqo əməliyyat olunub.

Arena.az xəbər verir k, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu Portuqaliyanın U-21 yığmasının heyətində zədə alıb.

“Zadəganlar”ın iki futbolçusu daha əvvəl aldığı zədədən sağalaraq, zadəganların heyətinə dönub. Söhbət mərkəz müdafiəçi Benua Badyaşil və dayaq yarımmüdafiəçisi Romeo Laviyadan gedir. Hər iki futbolçu komanda ilə ümumi məşqlərə qatılıb. Futbolçuların sentyabr ayının 13-də İngiltərə Premyer Liqasının “Brentford”la oyununa çıxa biləcəyi istisna edilmir.

“Çelsi”nin ingiltərəli hücumçusu Liam Delap da zədəlidir və hazırda bərpa mərhələsini keçir. Artıq Delapın zədədən bərpa olacağı tarix də məlumdur. Bildirilir ki, ingiltərəli futbolçu təxminən 10 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.

Vurğulanır ki, müddətin kifayət qədər uzun olmasına rəğmən, ombasının arxa səthindən zədə almış Delap cərrahi müdaxiləyə məruz qalmayacaq.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “zadəganlar”la Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

error: Məzmun qorunur!
Seçilən
6
2
arena.az

10Mənbələr