Azərbaycanda içməli su təchizatında sayğaclaşmanın 2025-ci ilin sonuna kimi 90%-ə, 2026-cı ildə 95 %-ə, 2027-ci ildə 100 %-ə çatdırılması nəzərdə tutulub.
Bu barədə Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, içməli və məişət-təsərrüfat məqsədləri üzrə suya tələbatın ödənilməsi 2025-ci ildə 72 %-ə, 2026-cı ildə 74 %-ə, 2027-ci ildə 85 %-ə, 2030-cu ildə 90 %-ə, 2040-cı ildə 100 %-ə çatdırılacaq.
Eyni zamanda, içməli su təchizatı sahəsində itkilərin bu ilin sonuna kimi 35 %-ə qədər, 2026-cı ildə 34 %-ə qədər, 2027-ci ildə 32 %-ə qədər, 2030-cu ildə 30 %-ə qədər, 2040-cı ildə 20 %-ə qədər azaldılacaq.
"Cebheinfo.az"