Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda içməli su təchizatında sayğaclaşmanın 2025-ci ilin sonuna kimi 90%-ə, 2026-cı ildə 95%-ə, 2027-ci ildə 100%-ə çatdırılması nəzərdə tutulub.
Bu barədə “APA-Economics”ə Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.Məlumata görə, içməli və məişət-təsərrüfat məqsədləri üzrə suya tələbatın ödənilməsi 2025-ci ildə 72%-ə, 2026-cı ildə 74%-ə, 2027-ci ildə 85%-ə, 2030-cu ildə 90%-ə, 2040-cı ildə 100%-ə çatdırılacaq.Eyni zamanda, içməli su təchizatı sahəsində itkilərin bu ilin sonuna kimi 35%-ə qədər, 2026-cı ildə 34%-ə qədər, 2027-ci ildə 32%-ə qədər, 2030-cu ildə 30%-ə qədər, 2040-cı ildə 20%-ə qədər azaldılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.