AZ

Hava limanındakı taksi qadağası Rəqabət Məcəlləsinə ziddir - ekspert

Hava limanındakı taksi qadağası Rəqabət Məcəlləsinə ziddir - ekspert

Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur.

AFN.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib. O, qeyd edib ki, sərnişinlər və yola salanlar "Bolt" və ya "Yango" ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma geridönüş mütləq dövlətə məxsus taksiylə olacaq: "Absurd bir qərardı. Düşünürəm ki, aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur".

Ekspertin sözlərinə görə, bu addım sərnişinlərin seçim azadlığını əlindən alır: "Bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir".

Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Ekspert ümid edir ki, hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları "Antiinhisar" qurumunun diqqətini cəlb edəcək. Qeyd edək ki, əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində olan bu qurum artıq birbaşa Prezidentə tabedir.

Meta title: Aeroportdan şəhərə taksidə monopoliya iddiası Meta description: Ekspert bildirir ki, Bakı hava limanından şəhərə yalnız dövlət taksisi ilə sərnişindaşımaya icazə verilməsi inhisarçılıqdır və sərnişinlərin hüquqlarını pozur. Açar sözlər: Bakı hava limanı, taksi xidməti, Bakı taksi xidməti, AZAL, sərnişindaşıma, inhisarçılıq, Antiinhisar, rəqabət, Bolt, Yango

Seçilən
44
5
afn.az

6Mənbələr