AZ

Millimiz DÇ-2026-da ilk xalını QAZANDI - VİDEO

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bununla da millimiz DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb. Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxarıb.

Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan - Ukrayna - 1:1

Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen.

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu


 

Bizim.Media

Seçilən
23
4
bizim.media

10Mənbələr