Azərbaycan yığması bu gün Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Ukraynanı qəbul edib.
Offsideplus.az xəbər verir ki, milli komandamızı bu görüşə Ayxan Abbasov çıxarıb. O, dünən vəzifəsinə son verilən Fernandu Santuşu əvəz edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qarşılaşmada ilk qolu rəqib komanda vursa da, Emin Mahmudov 72-ci dəqiqədə penalti zərbəsindən fərqlənib: 1:1. Beləliklə yığmamız D qrupunda ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunun ilk oyununda İslandiyaya 0:5 hesabı ilə məğlub olub.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
20:00 Azərbaycan - Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72. (pen.) - Georgi Sudakov 51.
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı
Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)
Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko