"Səbail"dən ayrılan David Qomisin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Fransa III Liqasında davam etdirəcək.
Yarımmüdafiəçi "Şatoru" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qvineya-Bissau millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, David Qomis 2023-cü ildən "Səbail"də çıxış edirdi. O, bu komanda ilə çıxış etdiyi 59 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
La Liqada ayın ən yaxşı baş məşqçisi müəyyənləşib
Danimarkalı mütəxəssis "Bayer"də - rəsmi
"Bayer" yeni mütəxəssis ilə anlaşıb
"Atletik"in futbolçusu diskvalifikasiya edilib
"Beşiktaş" "Real"ın futbolçusu ilə maraqlanır