AZ

Səbail dən ayrılan futbolçu Fransa liqasında çıxış edəcək

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Səbail"dən ayrılan David Qomis karyerasını Fransada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Fransa III Liqasında davam etdirəcək.

Yarımmüdafiəçi "Şatoru" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineya-Bissau millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, David Qomis 2023-cü ildən "Səbail"də çıxış edirdi. O bu komanda ilə çıxış etdiyi 59 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
oxu.az

2Mənbələr