Egey dənizinin Yunanıstan sahillərində 5,2 maqnitudalı zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 01:27-də təxminən 664 min nəfərin yaşadığı Afinadan 37 kilometr şimal-şərqdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.