AZ

Cengiz Ündər “Beşiktaş”da!

Futbol üzrə Türkiyə millisinin və “Fənərbağça”nın sağ vingeri Cengiz Ündər bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

“Qara qartallar” 28 yaşlı türkiyəli futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüblər.

Xatırladaq ki, Cengiz “Fənərbağça”ya 2023-cü ilin avqustunda Fransanın “Olimpik” (Marsel) klubundan keçib. Türkiyə nəhənginə 15 milyon avro qarşılığında transfer olmuş Ündərin İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Cengiz bu ilin ilk yarısını MLS təmsilçisi “Los Anceles”də icarədə keçirib. O, ABŞ klubunda 16 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Cengiz Ündər “Fənərbağça”da 43 oyun keçirib. O, bu oyunlarda 9 qol və 3 assist müəllifi olub. Türkiyəli futbolçu daha öncə “Roma”, “Lester Siti”, “Başakşəhər” və “Altınordu” klublarının da formasını geyinib.

Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Cengiz 2016-cı ilin noyabrında əsas millidə debüt edib. O, Türkiyə millisində bütövlükdə 51 oyuna çıxıb, 16 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
58
5
arena.az

10Mənbələr