AZ

Gökhan Sazdağı “Beşiktaş”da!

Türkiyənin “Kayserispor” klubunun sağ cinah müdafiəçisi Gökhan Sazdağı bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb. “Qara qartallar” bu keçidə görə Kayseri klubuna 1,5 milyon avro ödəyiblər.

Gökhan Sazdağı Türkiyə nəhəngi “Fənərbağça”nın yetirməsi hesab olunur. “Manisaspor”, “Boluspor”, “Qaziantep BB”, “Turqutluspor”, “Adanaspor”, “Karagümrük” və “Hatayspor” kimi klublarda da forma geyinmiş Gökhan, 2021-ci ildən “Kayserispor”da çıxış edirdi. Təcrübəli müdafiəçi bu komandanın heyətində 133 oyuna çıxıb, 6 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-19 və U-21 yığmalarında oynamış Gökhana əsas millidə debüt qismət olmayıb.

error: Məzmun qorunur!
Seçilən
2
5
arena.az

10Mənbələr