AZ

Bakıda mikravtobusun qəzaya düşməsində xəsarət alanların sayı YÜKSƏLDİYENİLƏNİB

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsində 19 nəfər xəsarət alıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 08.09.2025-ci il tarixində saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir. (report)

10:04

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 

Seçilən
49
6
xezerxeber.az

10Mənbələr