AZ

Gəncədə evdə uçqun olub: Ölən və yaralanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhərində ev tikintisi zamanı uçqun baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Tikinti zamanı baş verən uçqun nəticəsində 1985-ci il təvəllüdlü usta T.Kərimov dağıntılar altında qalaraq həyatını itirib.
İlkin məlumata görə, üç nəfər dağıntılar altından xilas edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov
Seçilən
27
42
oxu.az

10Mənbələr