AZ

Pakistanda tikiş fabriki çöküb: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanın Nyu-Karaçi sənaye bölgəsində tikiş fabriki çöküb. Nəticədə azı yeddi nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az Pakistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əvvəlcə alovlanan fabrik binası uçub, altı yanğınsöndürən və özəl telekanal operatoru xəsarət alıb.
Xilasetmə xidmətlərinin bildirdiyinə görə, bəzi xilasedicilər dağıntılar altında qalmış ola bilərlər.
Hadisə yerinə ilkin olaraq iki yanğınsöndürən maşın göndərilsə də, yanğının miqyası səbəbindən 15 yanğınsöndürən maşın və qaldırıcı cəlb olunub. Bütün səylərə baxmayaraq, alov qonşu iki sənaye obyektinə keçib. Yanğının yayılmasına içində dizel yanacağı olan çəlləklər şərait yaradıb.
Seçilən
47
42
oxu.az

10Mənbələr