AZ

Parisdəki kritik sammit yekunlaşdı: 26 ölkədən Ukraynaya ilə bağlı qərar

Dünən Fransanın paytaxtı Parisdə keçirilən "Könüllülər Koalisiyası" görüşündə 26 ölkə Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti verəcəklərini bəyan edib.

Publika.az xəbər verir ki, sammitdə müharibənin atəşkəs və ya sülh razılaşması ilə başa çatacağı təqdirdə Ukraynaya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planı müzakirə edilib.

Bu təşəbbüsü “Könüllülər Koalisiyası” adı altında əsasən Avropa ölkələrindən ibarət struktur həyata keçirəcək. Avropa liderləri bu addımın Rusiyanın yenidən Ukraynaya hücumunun qarşısını almaq məqsədi daşıdığını vurğulayıblar.

Sammitin sonunda çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, Moskva sülh sazişini rədd etməyə davam edərsə, ABŞ-la razılaşdırılaraq əlavə sanksiyalar tətbiq olunacaq. Fransa lideri iddia edib ki, Rusiya dinc əhaliyə qarşı hücumları artıraraq zaman qazanmağa çalışır.

Makron 26 ölkənin Ukraynaya qoşun yeritməyi öhdəsinə götürdüyünü açıqlayıb. O, bu qoşunların ön cəbhəyə göndərilməyəcəyini, sadəcə olaraq mümkün yeni hücumların qarşısını almaq məqsədi daşıdığını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski bu addımı “ilk konkret inkişaf” adlandırıb.

Seçilən
198
2
publika.az

10Mənbələr