AZ

Makrondan SON DƏQİQƏ Fələstin açıqlaması - Bazar ertəsi... VİDEO

Paris gələn həftənin bazar ertəsi Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində keçiriləcək tədbirlər zamanı Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, bu addım yalnız simvolik bir jest deyil, həm də Yaxın Şərqdə davamlı sülhün bərqərar olunmasına yönəlmiş daha genişmiqyaslı təşəbbüslərin tərkib hissəsidir.

Makron vurğulayıb ki, Fransanın bu qərarı regionda gərginliyin azaldılması, dialoqun gücləndirilməsi və beynəlxalq hüquqa əsaslanan ədalətli həll yollarının dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır.

O, Fələstin rəhbəri Mahmud Abbasla apardığı danışıqlara toxunaraq bildirib ki, Paris tərəflər arasında sülh prosesinin canlandırılmasına yardım etməyə hazırdır.

“Fələstin dövlətini tanımaq HƏMAS kimi radikal qrupları təcrid etməyin, legitim Fələstin hakimiyyəti ilə əməkdaşlığı gücləndirməyin ən doğru yoludur”, - deyə Fransa lideri bəyan edib.

Makron əlavə edib ki, Fransa bu addımı atmaqla yalnız Fələstin xalqının hüquqlarını tanımış olmur, həm də beynəlxalq ictimaiyyətə məsuliyyətli sülh tərəfdaşı olduğunu bir daha nümayiş etdirir. 

Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr