AZ

Putin qətiyyətsiz Trampa görə NATO-nu hədələyir - Pristayko

Putin sizi sadəcə məyus etməyəcək, o öz siyasətini bunun üzərində quracaq və qətiyyətsiz ABŞ prezidentinə görə bütün alyansı hədələyəcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Britaniyadakı keçmiş səfiri Vadim Pristayko Trampın Putinlə bağlı açıqlamasını şərh edərkən deyib.

"Biz sadəcə ümid edirik ki, bütün hökumət strukturu, həm NATO, həm də ABŞ-ın özü bu mesajı alıb", - deyə Pristayko bildirib.

Diplomat Trampın Rusiya lideri ilə yaxşı münasibətdə olması ilə bağlı dediklərini də şərh edib:

"Trampın Putinlə çox yaxşı münasibətdə olması qənaətinə haradan gəldiyini bilmirəm, lakin o, şübhəsiz ki, bu gözləntilərdən istifadə etməyə çalışıb".

Qeyd edək ki, Tramp Ukrayna konflikti məsələsində Putinin onu çətin vəziyyətdə qoyduğunu və xəyal qırıqlığına uğratdığını söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
3
olaylar.az

4Mənbələr