AZ

Hacıqabulda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, ondan ümumi çəkisi 2 kiloqram 500 qram heroin və marixuana aşkarlanıb. Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
15
azxeber.com

10Mənbələr