AZ

Narkotiklərin satışını təşkil etdi - SAXLANILDI

Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram 500 qram heroin və marixuana aşkarlanıb.

Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
64
15
hafta.az

10Mənbələr