AZ

Gəncədə yol qəzası baş verib - Xəsarət alanlar var - FOTO - VİDEO

Gəncədə iki avtomobil toqquşub. 

Moderator.az xəbər verir ki, hadisə şəhəron Nizami prospektində qeydə alınıb.

"Hundai" markalı avtomobillə "VAZ 2106" markalı maşın toqquşub. Hadisə zamanı 1968-ci il təvəllüdlü Şaban Nəsibov, 1986-cı il təvəllüdlü Elçin Sadıxov və daha bir neçə nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

 

Seçilən
41
5
moderator.az

6Mənbələr