AZ

Gəncədə yol qəzası - Xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

"Hyundai" markalı avtomobillə "VAZ 2106" markalı maşın toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Şaban Nəsibov, 1986-cı il təvəllüdlü Elçin Sadıxov və daha bir neçə nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir. Faktla bağlı araşdırma başlanılıb

Seçilən
62
5
teleqraf.com

6Mənbələr