BAKI, 30 AVQUST. TELEQRAF
Gəncədə bir ailənin üç üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Etibar Quliyev, onun həyat yoldaşı Rəfiqə Quliyeva və qızı Lalə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.