Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.
***
08:42
Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.
"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.
Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".
***
08:44
Əfqanıstanın Hindquş dağları bölgəsində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 200-dən çox insan ölüb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.
***
04:52
Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.
10Mənbələr
-
bizimshow.azMüsəlman ölkəsində GÜCLÜ ZƏLZƏLƏ: ölənlərin sayı 800-ə çatdı – DƏHŞƏTLİ FOTOLAR ( 20914492)
-
demokrat.azƏfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb — YENİLƏNİB ( 20894254)
-
poliqon.infoƏfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb - Yenilənib ( 20893582)
-
senzor.azƏfqanıstanda dəhşətli zəlzələ: 662 ÖLÜ, 1 500 YARALI... ( 20884093)
-
interpress.azƏfqanıstanda zəlzələdə ölənlərin sayı 622-yə çatıb ( 20883550)
-
poliqon.infoƏfqanıstanda zəlzələdə ölənlərin sayı 622-yə çatıb - Yenilənib ( 20883469)
-
demokrat.azƏfqanıstanda zəlzələdə ölənlərin sayı 500-ə çatıb — YENİLƏNİB ( 20881891)
-
veteninfo.azƏfqanıstanda güclü zəlzələ olub: 500 ölü YENİLƏNİB ( 20881870)
-
cebheinfo.azƏfqanıstanda zəlzələ zamanı azı 250 nəfər ölüb: 500-dən çox insan yaralanıb - YENİLƏNİB ( 20881597)
-
7news.azƏfqanıstanda güclü zəlzələdə 250 nəfər həyatını itirib ( 20881003)