AZ

Müsəlman ölkəsində GÜCLÜ ZƏLZƏLƏ: ölənlərin sayı 800-ə çatdı – DƏHŞƏTLİ FOTOLAR

Əfqanıstan hökumətinin məlumatına görə, zəlzələ səbəbindən həlak olanların sayı 800 nəfərə yüksəlib, yaralıların sayı isə 2500-ə çatıb. 

xxx

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı “Reuters” məlumat yayıb.

xxx

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Nəticədə azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

“Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik”, – ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün “insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq”. /Report.az

Milli.Az

Seçilən
46
8
bizimshow.az

10Mənbələr