AZ

XİN-dən Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə dəyən ziyanla bağlı AÇIQLAMA

"Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib".

Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

"Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - məlumatda deyilir.

Seçilən
17
27
moderator.az

10Mənbələr