
Rusiyanın Kiyevə ötən gecəki raket zərbələri nəticəsində Azərbaycan səfirliyinə ziyan dəyib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün, yəni, avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib: "Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir".