AZ

Rusiyanın Kiyevə hücumu zamanı - Azərbaycan səfirliyinə ziyan dəyib

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən birinin ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

FED.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.

“Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”, – XİN rəsmisi vurğulayıb.

Seçilən
15
27
fed.az

10Mənbələr