Avqustun 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə digər media qurumları ilə yanaşı, "Global Media Group"a daxil olan Oxu.az informasiya portalı, "Report" İnformasiya Agentliyi, PhotoStock.az və Baku TV-nin əməkdaşları təltif olunublar.
Ölkə.az xəbər verir ki, onlar ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərliyin təbliği və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar.
Təltifləri Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqdim edib.
Mükafatlandırılanların siyahısını təqdim edirik:
Oxu.Az - Mərahim Nəsib
PhotoStock.az - Tapdıq Abdullayev, Rüfət Mikayılov
Baku TV - Nərmin Muradova, Həzrət Bayramlı
"Report" - Nəcməddin Quluzadə, Vüqar Xanlarov, Səlcuq Elçin