AZ

Zakir Həsənov "Global Media Group"a daxil olan şirkətlərin bir qrup əməkdaşını təltif edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyi,Oxu.Az informasiya portalı,PhotoStock.az və Baku TV-nin bir qrup əməkdaşı təltif olunublar.

Bir qrup jurnalist ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərliyin təbliği və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar.

Təltifləri Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqdim edib.

"Report" - Səlcuq Elçin, Nəcməddin Quluzadə, Vüqar Xanlarov,

Oxu.Az - Mərahim Nəsib

Seçilən
2
3
aznews.az

4Mənbələr