AZ

"Global Media Group"a daxil olan şirkətlərin əməkdaşları TƏLTİF OLUNDULAR

Avqustun 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə digər media qurumları ilə yanaşı, "Global Media Group"a daxil olan Oxu.az informasiya portalı, "Report" İnformasiya Agentliyi, PhotoStock.az və Baku TV-nin əməkdaşları təltif olunublar.

Ölkə.az xəbər verir ki, onlar ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərliyin təbliği və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar.

Təltifləri Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqdim edib.

Mükafatlandırılanların siyahısını təqdim edirik:

Oxu.Az - Mərahim Nəsib

PhotoStock.az - Tapdıq Abdullayev, Rüfət Mikayılov

Baku TV - Nərmin Muradova, Həzrət Bayramlı

"Report" - Nəcməddin Quluzadə, Vüqar Xanlarov, Səlcuq Elçin

Seçilən
9
3
olke.az

4Mənbələr