AZ

Sentyabrın 1-dən balıq ovuna icazə veriləcək

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzVision.az -a bildirilib ki, sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.

Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik.

Əlaqə nömrələri:

Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi

1652

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi

012 433 38 02

012 433 38 12

012 433 38 22.

AzVision.az
Seçilən
60
49
azvision.az

8Mənbələr