AZ

Gəncədə iki qonşu bir-birini bıçaqlayıb - YENİLƏNİB

Gəncə sakinin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

14:36

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü E.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, E.Məmmədov qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
5
apa.az

8Mənbələr