AZ

Jurnalist övladları da ali məktəb tələbəsi oldular SİYAHI

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

News24.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu il də tələbə adını qazananlar sırasında jurnalist övladları var. Ənənəmizə sadiq qalaraq, onları diqqətinizə çatdırırıq.

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək Məmmədli yüksək balla ali məktəbə daxil olub. "Həkim atasıyam! Qızım, Gültək Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul olundu!", - deyə jurnalist sosial şəbəkədə yazıb. 

“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli Türkiyədə ali təhsil alacaq. "Muradın 5-ci qəbul dəvətini Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsindən aldıq", - deyən Q.İbrahimoğlu seçim edəcəklərini bildirib.

"Azərbaycan" qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyevin oğlu Nihat da universitetə qəbul olunub. "Tələbə adın mübarək oğlum!", - deyə jurnalist sevincini sosial şəbəkədə bölüşüb.

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsində oxuyacaq.

"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova da tələbə adını qazanmış gənclər sırasındadır.

"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasında təhsil alacaq. O, əyani şöbənin dövlət sifarişli yerini qazanıb.

Jurnalist Tağı Türkün qızı Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olub. Selcan həm də gənc yazıçıdır və "Arzu" hekayələr kitabının müəllifidir.

"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli arzusuna çatıb - ali məktəb tələbəsi olub.

"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayev oğlu Osman Musayev tələbə adını qazandığına görə onunla fəxr etdiyini deyib.

"Qafqazinfo"nun redaktoru Gülşən Raufqızının övladı Gülnur Bakı Dövlət Universitetində ali təhsil alacaq. O da anası kimi jurnalistika ixtisasını seçib. "Tələbə anasıyam. Jurnalistikadan qaçmaq istədikcə, daha çox jurnalistimiz olur. Şükür, Allahıma", - deyə həmkarımız hisslərini ifadə edib.

İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəri Neyman Səfərəliyevin oğlu Bakı Dövlət Universitetinə qəbul olunub. O, yer quruluşu və kadastr ixtisasını qazanıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alacaq.

"Cebhe.info" saytı və "Cümhuriyət" qəzetinin redaktoru Elnarə Kərimova da oğlunun tələbə olmasına görə sevinib: "3 il hər gün səhər saat 6-da durmaq hər oğulun işi deyildi. Özü istədiyi oldu, üstəlik də dövlət sifarişi ilə", - jurnalist bildirib.

"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay da tələbə adına yiyələnib.

"Oğlumuz Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk Qazax Universitetinın qrant proqramını qazandı, iki türk dövlətinin maliyyə dəstəyi ilə İnformatika, İKT və robototexnika ixtisasını oxuyacaq. Altayın timsalında ali məktəbə qəbul olan bütün abituriyent-tələbələri, ən çox da valideynləri təbrik edirəm", - Lalə Mehralı deyib.

Jurnalist Samir Mustafayevin qızı Yeganə Mustafazadə də tələbə adını qazananlardandır. "Bu balaca qız bizi sevindirdi. O, UNEC-in İqtisadiyyat fakültəsində dövlət sifarişi əsasında oxuyacaq. Övladı tələbə adını qazanan hər kəsi təbrik edirəm!", - Samir Mustafayev sevincini belə bölüşüb.

Jurnalist Samir Əli tələbə atası kimi sevinən valideynlər sırasındadır. Onun oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi adını qazanıb.

Jurnalist, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev tələbə atası olmağın sevincini yaşayır. Onun qızı Zəhra Mehdiyeva UNEC-in maliyyə ixtisasında dövlət sifarişilə əyani təhsil alacaq.

Mədəniyyət sahəsindən yazan jurnalist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf isə özünə görə sevinən həmkarımızdır. O, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin (dövlət sifarişi) tələbəsidir.

"İdman.biz" saytının redaktoru Rəşad Sarıyevin oğlu Rəsul UNEC-ə daxil olub. O, biznesin idarə olunması ixtisasında dövlət sifarişilə təhsil alacaq. 

“Günün səsi.info” saytının baş redaktoru Pərviz Həşimlinin qızı Zeynəb də tələbə adını qazanıb. O, bir neçə xarici universitetdən qəbul dəvəti alıb: Belçika - Vrije University; Çexiya- Charles University; Estoniya - Taltech University. Zeynəb Həşimli onlardan birində ali təhsil alacaq.

Jurnalist Sücəddin Şərifov da övladının tələbə olmasına sevinir.  Həmkarımızın oğlu Əli UNEC-in beynəlxalq ticarət və logistika ixtisasına qəbul olunub.

Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhimin oğlu Mikayıl Șıxılı da tələbə adını qazanan gənclər sırasına daxil olub. O, ADA Universitetinin Maliyyə fakültəsində

(tədris ingilis dili dövlət sifarişi əsasında) ali təhsil alacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
27
news24.az

10Mənbələr