AZ

Azərbaycan kriminal avtoriteti ölkəsinə təhvil verdi - VİDEO

Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet Mayank Sinqhi ölkəsinə ekstradisiya edib.

Modern.az bu barədə Hindistanın ANI agentliyinə istinadən xəbər verir.

Hindistanın Antiterror Bölməsinin bir qrup əməkdaşı Sinqhi Bakıdan Çarkand ştatının paytaxtı Rançiyə çatdırıb.

Sinqh Çarkandın xaricdən ekstradisiya edilmiş ilk qanqsteridir. O, İnterpolun qırmızı bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olub.

Sinqh Hindistandan qaçmazdan əvvəl Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Ona qarşı 45 cinayət işi qaldırılıb.

 

Seçilən
10
10
modern.az

10Mənbələr