AZ

Azərbaycan kriminal avtoriteti Hindistana ekstradisiya edib

Azərbaycan ötən il Bakıda həbs edilən, ölkəsinin ən çox axtarılan kriminal avtoritetlərindən biri olan Mayank Sinqhi Hindistana ekstradisiya edib.

Redaktor.az xəbər verir ki, Hindistanın Antiterror bölməsinin əməkdaşları Sinqhi Bakıdan Carkhand ştatının paytaxtı Rançiyə çatdırıb.

Mayank Sinqh xaricdən ekstradisiya edilən ilk carkhandlı qanqsterdir. O, İnterpolun qırmızı bülleteni ilə uzun müddət axtarışda olub. Uzun kriminal tarixçəsi olan Sinqh uşaqlıq dostu və cinayətkar Lourens Bişnoyun dəstəsinin üzvü olub.

Hindistandan qaçmazdan əvvəl Sinqh Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib. Ona qarşı 45-dən çox iş, o cümlədən adam öldürmə, hədə-qorxu ilə pul tələb etmə, hədə-qorxu, silahlı basqın və cinayət sui-qəsdi ilə bağlı cinayət işi açılıb.

Seçilən
9
17
redaktor.az

10Mənbələr