AZ

Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib

Seysmoloqlar şənbə günü Sakit okeanda, Kamçatkanın (Rusiya) cənubunda baş verən 5,8 maqnitudalı zəlzələ qeydə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 268 km cənub-qərbdə, dənizin dibinin 64 km dərinliyində yerləşib.

Geofiziklərin fikrincə, Petropavlovsk-Kamçatskidə bu zəlzələ 3 bala qədər güclə hiss edilə bilərdi. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
21
7
operativmm.az

8Mənbələr