AZ

MDB üzrə cinayətkarlığa qarşı mübarizədə vahid mərkəz yaradılması təklif olunub

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub.

APA-nın xəbərinə görə, bunu Laçında Baş Prokurorluq tərəfindən təşkil olunan beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.

O bildirib ki, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar qoyur: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır. Kiberməkanda baş verən cinayətkarlıqla mübarizə vacibdir. Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir! Biz hamımız kibercinayətkarlarla mübarizəsahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırması istiqamətində səylərimizi birləşdirməliyik.

Cinayətkarlığa qarşı mübarizədə həmkarlarım üçün müxtəlif ölkələrin qanunvericiliklərini və təcrübələrini öyrənmək imkanını verən vahid mərkəzin yaradılması məsələsini qaldırmağı zəruri hesab edirəm”.

Seçilən
35
11
apa.az

10Mənbələr