AZ

Ermənistana qazın verilişi dayandırılacaq

[center]Ermənistana[/center]Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.

Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.

Seçilən
18
6
yenisoz.az

10Mənbələr