AZ

Türkiyənin bu iki vilayətində MEŞƏ YANĞINI DAVAM EDİR

Ajans.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Qeyd olunub ki, Adananın Sarıçam və Muğlanın Seydikemer rayonlarında davam edən yanğınlara havadan və qurudan müdaxilə edilir. Adanadakı əraziyə iki təyyarə, üç helikopter cəlb olunub. Muğlada isə yeddi helikopter, altı təyyarə və digər texnikalar yanğının söndürülməsi üçün səfərbər olunub. Həmçinin yüzdən çox yanğınsöndürən ərazidədir.

Məlumata görə, Muğladakı yanğın məhdudlaşdırılıb.

Seçilən
81
8
Ajans.az

9Mənbələr